Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

2021-ci ildə Cəlilabad rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalının dəstəklənməsi üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası  daim diqqət mərkəzində saxlanılmış, kənd təsərrüfatında yüksək istehsal göstəricilərinə nail olunmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən 2021-ci ildə 161590 ton buğda, 12584 ton arpa, 8279 ton vələmir, 1695 ton noxud, 360 ton mərci, 157420 ton kartof, 1295 ton qarğıdalı, 22912 ton üzüm, 12440 ton çiyələk istehsal olunmuşdur.Rayonda baramaçılığın inkişaf etdirilməsi üçün 50 qutu ipəkqurdu   kümçülərə paylanmış və 611.7 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-yə təhvil verilmişdir. Heyvanların cins tərkibi yaxşılaşdırılmış, rayona lizinq yolu ilə 725 baş cins mal-qara gətirilmiş, 6425 baş inək süni mayalandırılmışdır.Mayalanma yolu ilə 3218 baş bala alınmışdır.   Heyvandarlığa göstərilən qayğı nəticəsində şəxsi və fermer təsərrüfatlarında  iribuynuzlu mal-qaranın sayı 92310 başa, qoyun-keçilərin sayı 115165 başa, quşların sayı isə 547320 başa çatdırılmışdır.   İl ərzində 14794 ton ət, 73900 ton süd, 29.6 milyon ədəd yumurta, 215 ton yun istehsal edilmişdir.

Cəlilabad şəhərinin Zərifə Əliyeva, Həməşara, Qarabağ, Həzi Aslanov, V. Niftullayev,Əhməd Abdullayev, M.Ə. Sabir, Ş. İ. Xətai, Təbriz, Şıxəli Qurbanov, M. F. Axundov, Mehdi Hüseynzadə,  Göytəpə şəhərinin Mikayıl Müşviq, Vüqar Mürsəlov və Cəfər Cabbarlı  küçələrinə  asfalt vurulmuş, yerli əhəmiyyətli avtomobil yollarında 123110 mtəmir işləri aparılmışdır. 2021-ci ilin dekabr ayında uzunluğu 36.2 kilometr olan Təklə-Abazallı,Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli kəndarası avtomobil yollarının tikintisinə başlanılmışdır. 

Rayonun fasiləsiz elektirik enerjisi ilə təmin edilməsindən ötrü elektirik şəbəkəsi tərəfindən müəyyən işlər görülmüşdür. İl ərzində  şəbəkənin daxili imkanları hesabına  39 ədəd transformator cari təmir olunmuş, 464 ədəd elektrik dayağı dəyişdirilmiş,  rayonun Gülməmmədli, Ləkin, Porsava, Dövlətalıbəyli, Xanılı, Ağdaş, Bəcrəvan, Məlikqasımlı, Fətullaqışlaq, Astanlı, Abdullu,  Zopun, Yusublu, Fərzili kəndlərində  25130 metr yararsız hava xətləri yenilənmişdir. Rayonun Eçara, Xəlilli, Zopun, Tahirli,  Axtaxana kəndlərində,    Cəlilabad şəhərinin Cavadxan küçəsində   transformatorlar yenisi ilə  əvəz olunmuşdur.  Sabirabad kəndinin yeni yaşayış məhəlləsində 160 kVa transformator məntəqəsi yaradılmışdır. İnvestisiya və yenidənqurma proqramına uyğun olaraq Bayxanlı kəndinin 10/0.4 kilovoltluq elektrik şəbəkəsi yenidən qurulmuş, kabelləşmə işləri aparılmış və 7 ədəd transformator quraşdırılmışdır. İl ərzində 506 ailə yeni abonent şəbəkəyə qoşulmuş,  452 ədəd köhnə istismar müddətini başa vurmuş elektrik sayğacları müasir elektron   sayğaclarla əvəz olunmuşdur. Rayonun Təzəkənd kəndində 624 abonentin elektrik şəbəkəsi yenidən qurulmağa başlanılmış, 540 ədəd dəmir dayaq basdırılmışdır.

Rayonda əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülmüş, rayonun yaşayış məntəqələrinə təbii qazın normal verilməsi üçün qaz xəttlərində təmir-bərpa işləri aparılmışdır.Cəlilabad şəhərində 3222 pm və Uzuntəpə kəndində 889 pm uzunluğunda yeni qaz xətti çəkilərək istifadəyə verilmişdir.Azəriqaz” İB-nin daxili imkanları hesabına Məmmədcanlı və inilli kəndlərinin qazlaşdırılması başa çatdırılmış, Cəfərli kəndində isə işlər davam etdirilir.Cəlilabad rayonunun müxtəlif ünvanlarında  korroziyaya uğramış 3111 pm qaz xətti, 611 ədəd kran, 271 fərdi qaz tənzimləyicisi dəyişdırilmiş,    qaz itkisinin qarşısını almaq məqsədi ilə istismar müddəti başa çatmış 7963 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuş, 369 ədəd SMART tipli sayğac  quraşdırılmışdır.

Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə şəhər və kəndlərdə 2447 metr kabel,   3072 metr  naqil dəyişdirilmiş,   vətəndaşların internetə olan tələbat nəzərə alınaraq  512 portluq internet avadanlığı  quraşdırılaraq vətəndaşların istifadəsinə verilmişdir.İl ərzində telefon istifadəçilərinin sayı 8824 nəfərə, internet istifadçilərinin sayı 7180 nəfərə çatdırılmışdır. Hazırda “Azeronline”  şirkəti tərəfindən əhaliyə internet xidmətinin yaxşılaşdırılması məqsədi ilə Kazımabad, Həziabad, Bəcirəvan, Məlikqasımlı, Komanlı, Şıxlar, Boyxanlı, Moranlı və Qarakazımlı  kəndlərində   optik şəbəkənin tikintisi işləri  aparılır. 

Keçidlər