Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən B.Eyvazov adına Elmi-tədqiqat Hemotologiya və Transfiziologiya instititunun əməkdaşlarının iştirakı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Talasemiyyalı və Hemofiliyya xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.Aksiyaya könüllü qoşulan vətəndaşlar arasında müxtəlif yaş qurupuna aid insanlar iştirak ediblər. Aksiya iştirakçıları bu kimi xeyriyyə tədbirlərinin keçirlməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdə kənarda qalmadığını bildirdilər. Aksiyada toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində təmənnasız istifadə olunacaqdır.Qanvermə aksiyasında Cəlilabad RİH başçısı Əziz Əzizov,aparat işçiləri,hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.