Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Müqəddəs Qurban Bayramı qeyd olunmuşdur

22 avqust 2018 | 16:00

22 avqust 2018-ci il tarixdə Cəlilabad şəhərində yerləşən “Tut bağı” istirahət mərkəzində Müqəddəs Qurban bayramı münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə Cəlilabad  Rayon İcra Hakimyyətinin başçısı cənab Namiq Zeynalov, hüquq mühafizə orqanlarının rəhbərləri,idarə-müəssisələrinin rəhbərləri, rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar iştirak etmişdir.Tədbirdə çıxış edən Rayon icra hakimyyətinin başçısı cənab Namiq Zeynalov ilk öncə hər kəsi islam dünyasının müqəddəs bayramlarından biri olan Qurban bayramı münasibəti ilə təbrik etmişdir.Qurban bayramının müsəlman aləminin ən gözəl və tarixi, ruzi-bərəkət  bayramlarından biri olduğunu vurğulamışdır.Rayon icra hakimiyyəti başçısı Namiq Zeynalov Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızın daha da firavan və əmin-amanlıqla yaşaması, dövlətimizin inkişafı və tərəqqisi üçün dualar edildiyini, şəhidlərimizin ölməz xatirəsinin ehtiramla yad olunduğunu qeyd etdi.RİH başçısı bu bayramın ölkəmiz, dövlətçiliyimiz, xalqımız üçün uğurlu və xeyirli olmasını dilədi.Daha sonra dualar oxundu və qurbanlıq heyvanların kəsimi başladı. “Qurban bayramı” münasibəti ilə Qarabağ Müharibəsi şəhidlərinin ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi əlilləri və əmək veteranlarına,digər şəxslərə qurban payı verildi.Tədbirdə iştrak edən şəxslər veteranlar,mübaribə əlilləri, məcburi köçkünlər və ictimaiyyət nümayəndələri “Qurban bayramı”nın mütəşəkkil kecirilməsinə və imtiyazlı rayon sakinlərinə diqqət və qayğı göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.

 

 

 

 

 

 

 

 

Keçidlər