Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

11 sentyabr 2018 | 16:00

11 sentyabr 2018-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev  Mərkəzində təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad etmişlər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Konfransda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov müəllimləri təbrik edib,konfransın işinə uğurlar arzuladı. RİH başçısı bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev digər sahələrlə yanaşı təhsilin inkişafına da xüsusi diqqət yetirir,ölkənin ictimai-siyasi həyatında mühüm yer tutan pedaqoji işçilərə həmişə doğma münasibət göstərir.Bu qayğıdan bəhrələnən rayonumuzun təhsil işçiləri də yüksək biliyə və geniş dünyagörüşə malik olan vətənpərvər gənclərin yetişdirilməsi üçün bütün bilik və bacarıqlarını sərf edirlər.Həyata keçirilən tədbirlər nəticəsində ali məktəblərə sənəd verən və qəbul olunan məzunların sayı əvvəlki illərlə müqahisədə xeyli artmışdır.Belə ki, bu il orta məktəbi bitirən  1511  şagirdin 1122-si  və ya 74,2 faizi ali məktəblərə sənəd vermiş,onların 511-i və ya 45,5 faizi tələbə adını qazanmışdır.Həm də abituriyentlərin 23-ü 600-dən, 80-i isə 500-dən çox bal toplayaraq əvvəlki illərə nisbətən daha yüksək göstəriciyə nail olmuşlar. Cari ildə fənn olimpiadalarının rayon mərhələsində IX-XI sinif şagirdlərindən 482-si iştirak etmiş və onların 47-si zona mərhələsinə, 3-ü respublika mərhələsinə, 1-i isə Portuqaliyada  keçiriləcək Beynəlxalq Olimpiadada iştirak etmək hüququ qazanmışdır.Möhtərəm Prezidentimizin təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirdiyi qlobal tədbirlər bizim bizim rayonumuzda da səmərəli nəticələr vermişdir.Bunu təsdiq edən belə bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, əgər  1980-2003-cü illəri əhatə edən 23 il ərzində rayonda cəmi 8 məktəb inşa olunmuşdusa, 2004-cü ildən sonrakı illərdə 30-dan çox məktəb tikilib istifadəyə verilmişdir.Təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində Abazallı, Kürdlər, Mİrzəli, Çinar və Fərzili kəndlərində modul tipli məktəblərin inşası başa çatdırılmışdır. Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, Türkelli, Qarağac, Lallar,  Ağusəm, Hacıcavad, Ətcələr, Ləzran, Hacıməmmədli, Suluçeşmə və Oğrubulaq kəndlərində isə daha 10 modul tipli məktəbin tikilməsi nəzərdə tutulmuşdur. Nəticədə, qəzalı binalarda yerləşən məktəblər 2003-cü ildəki 31,7 faizdən 7,9 faizə enmişdir.  
Tədbirdə Cəlilabad rayon təhsil şöbəsinin müdir əvəzi Hafis Cavadov “2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəni konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu, Ağdaş kənd tam orta məktəbinin direktoru Rəşad Rufullayev, Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin müəllimi Səadət Quliyeva, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin müəllimi Rafət Məmmədov, 2018-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplamış gənc müəllim Tərlan Ağazadə, 614 bal toplayaraq ali məktəbə daxil olmuş tələbə Kamil Əliyev çıxış etdilər. Çıxışçılar yeni dərs ili və bilik günü münasibətilə rayonun bütün müəllim və şagirdlərini, o cümlədən tələbə adını qazanmış abituriyentləri təbrik edib, Azərbaycanda təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar. Tədbirdə rayon üzrə ən yüksək nətiçə göstərmiş və 600-dən artıq bal toplayaraq ali məktəblərə qəbul olmuş tələbələrə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov tərəfindən mobil telefon və planşetlər  hədiyyə verildi.
Sonda konfransın qətnaməsi oxunub və konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər