Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2018 | 16:00

Oktyabrın 1-də Prokurorluq işçilərinin peşə bayramı Cəlilabadda qeyd olunub. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayon prokurorluğunun işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları Heydər Əliyev Parkına gəlib Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.Bayram tədbiri rayon prokurorluğunun binasında davam etdirilib. Rayon Prokuroru Taryel Ələkbərov tədbirdə çıxış edərək respublikanın prokurorluq orqanlarının keçdiyi 100 illik şərəfli yoldan danışıb. T.Ələkbərov dövlət başçısı cənab İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd etmiş, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulamışdır.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Qeyd edib ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. RİH başçısı qeyd etdi ki, şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir,vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.Tədbirdə digər çıxış edən rayon hüquq-mühafizə orqanlarının rəhbərləri prokurorluq orqanlarının insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə xidmət etdiyini vurğulayıb, prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik etmişlər.Sonda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə rayon Prokurorluğunun əməkdaşları Cəlilabad  Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər