Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi Cəlilabad rayonunda qeyd olunub

22 noyabr 2018 | 16:00

     Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 22-də Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, ədliyyə işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad etdilər.Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılov tədbirdə çıxış edərək Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlərin Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı işlərin göstəricisi olduğunu vurğulayıb.Vüsal Cəbrayılov peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçilərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəklərinə, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov tədbirdə çıxış edərək ədliyyə və məhkəmə orqanlarında çalışan bütün əməkdaşları Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıb. Namiq Zeynalov müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününün artıq 18 ildir ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunduğunu deyib.Rayon icra hakimiyyətinin başçısı ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək Ümummilli Liderimizin hakimiyyətə qayıdışı ilə əsl müstəqilliyin bərqərar olduğunu, ölkəmizdə demokratik hüquqi dövlətin qurulduğunu, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafın təmin edildiyini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təşkil etdiyini nəzərə çatdırıb. Namiq Zeynalov çıxışında bildirdi ki, respublikanın hər tərəfində olduğu ki, rayonumuzda da ədliyyə orqanları öz vəzifələrinə məsuliyyətlə yanaşır, qanunun aliliyini təmin edir və vətəndaşların hüquqlarının müdafiəsi üçün ardıcıl tədbirlər görürlər. Bütün bunların nəticəsində  bu gün Cəlilabad kriminogen cəhətdən respublikanın ən sabit rayonlarından biridir. Buna görə hər birinizə rayon ictimaiyyətinin dərin minnətdarlığını bildirirəm.Tədbirdə çıxış edən Cəlilabad Rayon Prokuroru Taryel Ələbərov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev, DTX-nin Cəlilabad rayon şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi Asəf Əhmədov, Cəlilabad hərbi məhkəməsinin sədri vəzifəsini icra edən Vüqar Əhmədov, rayon ağsaqqları Ədalət Əsgərov, Urşan Rəhimov, Əliheydər Əsədov və başqaları rayonun ədliyyə işçilərini peşə bayramları günü münasibətilə təbrik ediblər. Sonda səmərəli fəaliyyətləri ilə fərqlənən ədliyyə işçilərinin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər