Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət naziri Cəlilabadda vətəndaşları qəbul edib

30 noyabr 2018 | 16:00

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 30-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhərindən, Cəlilabad, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından vətəndaşları qəbul edib.Qəbuldan öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edərək abidənin önünə tər çiçək dəstələri düzmüşlər.Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ilə birlikdə Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu.Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxıldı.Qəbulda Lənkəran rayonunun Bəlləbur kəndində yerləşən “Bəlləbur” qalasında arxeoloji işlərin aparılması, işlə təmin olunma, Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən kilsənin təmir-bərpa olunması, Təzəkənd klubunun mədəniyyət evinə çevrilməsi, işlə təmin olunma, Astara şəhərində yerləşən  Tarix-diyarşünaslıq muzeyinin bəzi eksponatlarının bərpa olunması, Mərkəzləşdirilmiş kitabxana sisteminin 80 illik yubileyinin qeyd olunmasına köməklik edilməsi,ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin əməkdaşlarının iş təcrübəsinin qarşılıqlı şəkildə öyrənilməsi məqsədilə mübadilə səfərlərinin təşkili, bölgələr üzrə milli geyim festivalının keçirilməsi, Yardımlı rayonunun kənd kitabxanalarının yerli yazarların əsərləri və diyarşünaslıq materialları ilə təmin olunması, respublika kitabxanalarının fəaliyyətini əks etdirən illik məlumat bülletenlərinin nəşr olunması barədə də nazirə müraciət edildi.Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verildi.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər