Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.

31 yanvar 2019 | 16:00

      31 yanvar 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində "Gənclər Günü" ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat  rəhbərləri, ictimaiyyət nümayəndələri, institut tələbələri, rayonun fəal gəncləri iştirak etdilər. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad etdilər.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək tədbir iştirakçılarını salamladı, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi və qeyd etdi ki, xalqın sınanmış lideri Heydər Əliyevin  1993-cü ilin iyununda hakimiyyətə qayıdışı  bütün sahələrdə olduğu kimi dövlət gənclər siyasətində də ciddi dönüş yaratdı. Gənclərlə işin sistemli şəkildə təşkil edilməsi, onların demokratik və hüquqi dövlət quruculuğuna cəlb olunması məqsədilə  1994-cü ilin iyul ayında Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də gənclərin I forumu keçirildi və fevralın 2-si  “Gənclər günü” elan edildi. 1999-cu ilin iyul ayında “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalandı. Bu proses gənc lider İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçiməsindən sonra daha da dərinləşdi.  Cənab Prezidentin  2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı” gənclərə dövlət qayğısının artırılması sahəsində mühüm addım oldu. 2007-ci ilin “Gənclər ili”, 2012-ci ilin isə “İdman ili” elan edilməsi gənclərin təşəbbüskarlığını və gələcəyə inamını daha da artırdı.  Azərbaycan gəncliyi  2011-2015-ci və 2017-2022-ci illərdə Dövlət Proqramları”nın   təsdiq edilməsi dövlətin gənclərlə bağlı siyasətinin daha bir parlaq təzahürüdür. Ölkəmizdə qazanılan hər bir nailiyyət dövlətimizin yüksək potensiala malik olduğunun göstəricisidir. Bu uğurların əldə edilməsində getdikcə  aparıcı qüvvəyə çevrilən gənclərin xüsusi rolu vardır. Bu gün ölkəmizdə 300-dək gənclər təşkilatı fəaliyyət göstərir. Artıq gənclər müstəqil şəkildə təşkilatlanaraq malik olduqları qabiliyyət və intellektual imkanları ilə seçilən, yeniliyi sevən və inkişaf edən hərəkətverici qüvvəyə çevrilmişdir. İftixarla deyə bilərik ki, son illər ölkəmizin qazandığı nailiyyətlərdə rayonumuzun gənclərinin də xüsusi payı vardır. Rayonda yaradılmış əlverişli şəraitdən bəhrələnən gənc nəsil öz potensialını gerçəkləşdirmək üçün daha geniş imkanlar əldə etmiş, rayonumuzun  iqtisadi və mədəni inkişafında mühüm rol oynamışlar.  Rayon gənclər və idman idarəsinin keçirdiyi 141 tədbir gənclərin hərbi-vətənpərvərlik və fiziki tərbiyəsində mühüm rol oynamışdır. Eyni zamanda müxtəlif idman növləri üzrə rayon və respublika birinciliklərində  30 idmançımız I-III yerlərə layiq görülmüşdür.   
      Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabatı dinlənildi.Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə Cəlilabad Rayon Gənclər və İdman  idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu, möhtəşəm konsert proqramı ilə tədbir yekunlaşdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər