Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ildə Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2019-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.

14 fevral 2019 | 16:00

Fevralın 14-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş şura iclasında 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2019-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, rayonda istehsal olunmuş kənd təsərrüfütı və sənaye məhsullarının sərgisi ilə tanış olublar.Toplantıda hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, ötən il Cəlilabad rayonu üçün də uğurlu olub. Ötən il rayonda ümumi məhsulun həcmi 85 faiz artıb.Qeyd olunub ki, 2018-ci ildə rayonda 267 milyon  manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bunun 131 milyon manatı və ya 49,2 faizi  bitkiçiliyin, 134 milyon 935 min manatı və ya 50,8 faizi heyvandarlığın payına düşür.Rayon üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir istehsal edilib. Bu dövrdə, həmçinin 16,1 min ton noxud, 768 ton mərci, 359 ton günəbaxan, 2,1 min ton qarğıdalı, 8,6 min ton meyvə, 4,3 min ton şəkər çuğunduru, 16,9 min ton üzüm,  7,5 min ton tərəvəz və 612 ton bostan məhsulları tədarük olunub.Rayonun əkin strukturunda ikinci yeri tutan kartof sahələri genişləndirilərək 5000 hektara çatdırılıb. Sahələrdən 110,6 min ton yüksək keyfiyyətli kartof istehsal edilib. Bunun 80 faizi xarici ölkələrə ixrac olunub.Ötən il Cəlilabadda 505 hektar sahədə əkilən pambığın hər hektarından 28 sentner məhsul götürülərək 1446 ton pambıq istehsal edilib. Bu, Respublika üzrə ən yüksək rəqəmdir.Bu dövrdə rayonda baramaçılığın inkişafı  məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 6000 ədəd tut tingi əkilmişdir. İl ərzində kümçülər 1172 kiloqram yaş barama istehsal edərək qəbul məntəqəsinə təhvil veriblər.2018-ci ildə rayonda 23,7 min ton ət, 70,5 min ton süd, 39,8 milyon ədəd yumurta istehsal edilib, “Cəlilabad-broyler” ASC tərəfindən əhaliyə 3750 ton yüksək keyfiyyətli quş əti satılıb.Diqqətə çatdırılıb ki, ötən il rayonda sosial məsələlərin həllinə diqqət artırılıb. Cəlilabad şəhərində ümumi sahəsi 18740 kvadratmetr olan 25 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, Heydər Əliyev Seyrəngahı, Heydər Əliyev Parkı, 2 və 5 saylı körpələr evi-uşaq bağçaları, Qurtuluş küçəsindəki hasarlar və piyada yolları, Heydər Əliyev prospektində və Qurtuluş küçəsində 500-dən artıq işıq dirəyi əsaslı təmir olunub.Cəlilabad şəhərinin işməli su və kanalizasiya sisteminin yenidən qurulması başa çatdırıldıqdan sonra həmin proses zamanı dağılmış küçələrin bərpasına başlanılmış və qısa müddət ərzində Cavadxan küçəsində 4,8, Mehdi Hüseyn küçəsində  4,5 , Azərtürk küçəsində 2,5, Mirzəli Hüseynzadə küçəsində 1,0 kilometr, Fərid Əhmədov küçəsində 700 metr, Qudrət İsmayılov küçəsində 450 metr və 28 May küçəsində 600 metr olmaqla cəmi 14,5 kilometr asfalt döşənib.9,7 kilometrlik Cəlilabad-Uzuntəpə yolunun yenidən qurulub.  Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən 35 kilometrlik Maşlıq - Muğan - Kazımabad - Göytəpə - Privolnoye - Ağdaş - Soyuqbulaq avtomobil yolu çəkilmiş, Cəlilabad şəhər  8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilmiş, Cəlilabad şəhərində 8 çoxmənzilli binanın dam örtüyünün təmirinə başlanılmışdır. Yaxın günlərdə Cəlilabad şəhərinin digər küçələrinə asfalt döşənəcək, Uzuntəpə kəndində xalça istehsalı emalatxanası tikiləcəkdir. Ötən il rayonda 8046 iş yeri açılıb. Bunun 756-sı daimi iş yerləridir.Rayonun 5 kəndində modul tipli məktəblərin inşası başa çatdırılıb. Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, 10 kənddə isə modul tipli məktəblərin tikilməsi nəzərdə tutulub.Məruzə ətrafında müzakirələrdə çıxış edənlər 2018-ci ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.Toplantıda çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov, Malik Həsənov, Fəzail İbrahimli və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.Şura iclasında müzakirə edilən məsələ ilə bağlı qərar layihəsi qəbul edilib, Prеzidеnt İlhаm Əliyеvə müraciət ünvаnlаnıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər