Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçirilmişdir

02 mart 2019 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilmişdir.Hər həftə iki gün davam edəcək yarmarkanın keçirilməsinin əsas məqsədi Novruz bayramı ərəfəsində süni qiymət artımının qarşısının alınması və kəndlinin meyvə tərəvəz ,süd məhsullarını, mal-qoyun ətini, bal və digər təsərrüfat məhsullarını bazara birbaşa özünün çıxarmasıdır.Bu həftədə yerli istehsal müəssisəsi və şirkət tərəfindən alıcılara bazar qiymətindən aşağı ərzaq məhsulları quş əti, müxtəlif çeşiddə un növləri, şirniyyat, yağ, pesok, qənd, yerli istehsalçılar və kəndlilər tərfindən tərəfindən mal əti ,qoyun əti, kartof, soğan, meyvə -tərəvəz məhsulları, diri cücə, yumurta, qoz ,fındıq, bal və.s satışa çıxarılmışdır.Alıcılar yarmarkanın təşkilindən ,həm də qiymətlərin sərfəli olmasından razılıqlarını, istehsalçılar və  fermerlər isə belə yarmarkalarda məhsullarını daha rahat satmaq üçün münbit şəraitin yarandığını bildirirlər.Qeyd edək ki, Novruz bayramı ərəfəsində satış yarmarkaları mütəmadi olaraq hər həftənin şənbə -bazar günləri, mart ayının 16-dan 21-dək isə hər gün keçiriləcəkdir. İstehlakçılar yarmarkada müxtəlif ərzaq mallarını və kənd təsərrüfatı məhsullarını daha ucuz qiymətlərə əldə edə bilərlər.

 

 

 

 

 

 

Keçidlər