Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Ümummilli liderin 96 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub

07 may 2019 | 16:00

6 may 2019-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümündə həsr olunan konsert  Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Konsertdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Heydər Əliyev Seyrəngahının  önündə təşkil olunan konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyib, gözəl rəqslərə tamaşa ediblər. Konsert proqramı rayon sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümündə həsr olunan konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər