Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Qələbə Günü təntənə ilə qeyd edilmişdir

09 may 2019 | 16:00

Mayın 9-da Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə II Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin 74-cü ildönümü qeyd edilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakmiyyətinin başçısı Namiq Zeynalov, icra aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər. Tədbir iştirakçıları “Xatirə” parkında Ana abidəsinin önünə gül dəstələri qoymuşlar.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov müharibə veteranları ilə səmimi görüşdü, hal-əhval tutdu, onları bayram münasibətilə təbrik etdi və onlara can sağlığı arzulamışdır. RİH başçısı Ulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.Namiq Zeynalov bildirmişdir ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir. Veteranlar ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını heç vaxt unutmadıqlarını xatırlamış, ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş və onu hər bir işdə dəstəkləyəcəklərini vurğulamışlar. ədbirdə müharibə veteranlarına rayon icra hakimiyyəti başçısı tərəfindən hədiyyələr təqdim olunmuş və onlara bayram süfrəsi açılmışdır. Veteranlar onlara göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər