Şriftin ölçüsü :

Saytın rəngi :

Əsədli kəndində səyyar görüş - qəbul keçirilmişdir

18 iyul 2019 | 16:00

18 iyul 2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Əsədli kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir.Görüşdə kənd sakinləri Əsədli kənd tam orta məktəbinin yenidən inşa edilməsi, Əsədli kəndinə təbii qaz xətinin çəkilməsi, elektrik dirək və naqillərinin yeniləri əvəz edilməsi verilməsi  haqqında müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlər  qeydiyyata götürülmüş,aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

 

 

 

 

 

Keçidlər