Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir

05 sentyabr 2019 | 16:00

3 sentyabr 2019-cu il tarixdə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ali məktəblərə daxil olan tələbələrlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Bu il Cəlilabad rayonundan ali məktəblərə sənəd verən və qəbul olunan məzunların sayı əvvəlki illərlə müqahisədə xeyli artmışdır.Bu il ali məktəblərə sənəd verən 1026 məzunun 517-si və ya 50,39 faizi tələbə adını qazanmışdır. Abituriyentlərin 12-si 600-dən çox, 50-si isə 500-dən çox bal toplayaraq ötən ilə nisbətən dahada yüksək göstəriciyə nail olmuşdur.Tədbirdə RİH başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri,tələbələr,müəllimlər və valideynlər iştirak etmişdir. Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov tələbə adını qazanmış məzunları, onların müəllim və valideynlərini təbrik etmiş, ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatlardan danışmışdır.Çıxışçılar tələbə adını qazanmış abituriyentləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.Tədbirin sonunda ali məktəblərə qəbul zamanı yüksək bal toplamış məzunlara Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov tərəfindən mobil telefon hədiyyə edilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər