Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda üç yeni quraşdırılmış modul tipli məktəb binası istifadəyə verilib

17 sentyabr 2019 | 16:00

Sentyabrın 17-də yeni dərs ilinin başlanması ilə əlaqədar Cəlilabad rayonunda üç yeni quraşdırılmış modul tipli məktəb binası istifadəyə verilib.Əvvəlcə Cəlilabad rayonunun Ağusəm kəndindəki  80 şagird yerlik məktəbin modul tipli binasının açılışı olub.Bu münasibətlə keçirilən açılış mərasimlərində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb.Açılış mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov mərasim iştirakçılarını Bilik Günü münasibətilə təbrik edib, müəllim və şagirdlərə uğurlar arzulayıb.RİH başçısı respublikamızın hər yerində olduğu kimi Cəlilabad rayonunda da təhsil son illər yüksələn xətt üzrə inkişaf etdiyini  vurğulamışdır.Daha sonra rayonun Ləzran (40 şagird yerlik) və Suleçeşmə (96 şagird yerlik) ümumi orta məktəbləri üçün tikilmiş modul tipli binaların açılışı olub.Çıxış edən valideyn və müəllimlər yeni tikilən təhsil ocaqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.Sonda məktəb binaları ilə tanışlıq olub.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər