Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunun Hacıcavad və Fətullaqışlaq kəndlərində inşa edilən yeni modul tipli məktəb binalarında ilk zəng çalınıb

18 sentyabr 2019 | 16:00

18 sentyabr 2019-cü il tarixdə Cəlilabad rayonunun Hacıcavad kəndindəki 80 şagird yerlik və Fətullaqışlaq kəndində 96 şagird yerlik məktəblərin modul tipli binalarının açılışı olmuşdur.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.Əvvəlcə Cəlilabad rayonunun Hacıcavad kəndindəki 80 şagird yerlik məktəbin modul tipli binasının açılışı olub.Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. RİH başçısı qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları proqramı hazırda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı iş aparılır.Daha sonra Cəlilabad rayonunun Fətullaqışlaq (96 şagird yerlik) kənd ümumi orta məktəbi üçün tikilmiş modul tipli binanın açılışı olub.Açılış mərasimlərində çıxış edən valideynlər və müəllimlər yeni tikilən təhsil ocaqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.Sonda məktəb binaları ilə tanışlıq olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər