Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsiminin həyatı “Həqq söylərəm” tamaşasında

04 dekabr 2019 | 16:00

Dekabrın 4-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan teatr tamaşası nümayiş olunmuşdur.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanları, idarə,müəssisə,təşkilat  rəhbərləri və rayon ictimaiyyətinin nümayəndləri iştirak etmişdir.Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyətinə həsr olunan və Cəlilabad Mədəniyyət Mərkəzinin Xalq Teatr kollektivi tərəfindən hazırlanan “Həqq söylərəm” teatr tamaşası nümayiş olunub. Teatr tamaşasında Nəsimi fəlsəfəsi, onun ideologiyasının dünyəviliyi, o vaxtkı qəddar rejimə, tökülən qanlara, insanın öz həqiqi mənliyindən çıxıb vəhşiyə dönməsinə qarşı Nəsiminin üsyankarlığı,xeyir və şər münasibətləri  ifadə olunmuşdur.

 

 

 

 

 

 

Keçidlər