Şriftin ölçüsü :

Saytın rəngi :

Namiq Zeynalov Gülməmmədli kəndində səyyar görüş - qəbul keçirib

13 dekabr 2019 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Gülməmmədli kəndində keçirilib.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Namiq Zeynalov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görüşdə kənd sakinləri Şükürlü, Məmmədcanlı kəndlərinə təbii qaz xəttinin çəkilməsi, Gülməmmədli kəndində idman meydançasının inşa edilməsi üçün torpaq sahəsinin ayrılması və pay torpaq sahəsinin çay hövzəsinin yaxınlığında yerləşdiyi üçün yerinin dəyişdirilməsinə köməklik göstərilməsi barədə müraciət etmişlər. Namiq Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verib.

 

 

 

 

Keçidlər