Şriftin ölçüsü :

Saytın rəngi :

Namiq Zeynalov Təklə kəndində səyyar görüş - qəbul keçirib

20 dekabr 2019 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Təklə kəndində keçirilib.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Namiq Zeynalov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Görüşdə kənd sakinləri Təklə kənd tam orta məktəb binasının yenidən inşa edilməsi, Təklə-Abazallı avtomobil yolunun qreyderlə hamarlanması, kənd məscidinə təbii qaz xəttinin çəkilməsi və işlə təmin edilmə ilə bağlı köməklik göstərilməsi barədə müraciət etmişlər. Namiq Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verib.

 

 

 

 

 

 

 

 

 

Keçidlər