Şriftin ölçüsü :

Saytın rəngi :

Alar kəndində səyyar görüş - qəbul keçirilmişdir

23 yanvar 2020 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Alar kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir.Görüşdə kənd sakinləri kənd həkim məntəqəsinin təmir olunması, kənddə bankomat quraşdırılması, küçə işıqlarının bərpası, həyətyani torpaq sahəsinin səbədləşdirilməsi, piyada səkilərinin və kənddaxili yolların  təmir edilməsi , fərdi yaşayış evi tikmək üçün həyatyani torpaq sahəsinin verilməsi  haqqında müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

 

 

Keçidlər