Şriftin ölçüsü :

Saytın rəngi :

Tariximizin qan yaddaşı – Xocalı soyqırımı

25 fevral 2020 | 16:00

Fevralın 25-də Akademik Zərifə xanım Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbin kollektivi və şagirdlər iştirak etmişdir. Tədbirdə çıxış edən Namiq Zeynalov xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat verib. Erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda törədilən faciə nəticəsində sakinlərin qətlə yetirilməsi, yaralanması və əsir götürülməsindən bəhs edib. Qeyd edib ki, bu soyqırımı hadisəsinə siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib.Mərasimdə məktəbinin şagirdləri soyqırımına həsr olunmuş şeirlər səsləndirib, çıxışlar ediblər.Tədbir çərçivəsində, həmçinin şagirdlərin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

 

 

 

 

 

Keçidlər