Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad RİH-də operativ qərargahın iclası və videomüşavirə keçirilib

18 iyun 2020 | 16:00

İyunun 17-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun sədrliyi ilə koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaradılmış operativ qərargahın növbəti iclası və inzibati ərazi dairələri üzrə nümayəndələrlə videomüşavirə keçirilib.Hər iki tədbirdə son zamanlar ölkədə koronavirus xəstəliyinin genişlənməsi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunmuş,koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına ciddi əməl edilməsinin, qapalı yerlərdə tibbi maskalardan və qoruyucu vasitələrdən istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin saxlanılmasının, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinin, ictimai yerlərdə və çoxmənzilli binalarda dezinfeksya işlərinin davam etdirilməsinin zəruriliyi qeyd edilib. Nümayəndələrlə keçirlən videomüşavirədə, həmçinin yanğın təhlükəsizli tədbirlərinin gücləndirilməsi, biçilmiş və biçilməmiş taxıl sahələrinin, meşələrin, yaşıllıq zolaqlarının mühafizə olunması, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, qaldırılan problemlərin həll olunması, şikayəti doğuran səbəblərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.Geniş diskusiya və fikir mübadiləsi şəraitində keçirilən videomüşavirədə bir çox məsələlərə aydınlıq gətirilmiş, nümayəndələri maraqlandıran suallara ətraflı cavab verilib.

 

 

 

 

 

Keçidlər