Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılmışdır

20 yanvar 2021 | 16:00

Yanvarın 20-də Cəlilabad rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib.Cəlilabad şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısının birinci müavini,başçının səlahiyyətlərini icra edən  Mansur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidlərimizin  xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzmüş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anmışlar. Şəhidlərin ruhuna dualar oxunmuşdur.Bakı vaxtı ilə saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.

 

 

 

 

 

 

Keçidlər