Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov rayon ağsaqqlarının nümayəndələri ilə görüş keçirib

21 sentyabr 2021 | 16:00

       Fəaliyyətə başladıqdan sonra ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edən, şəhid ailələri ilə səmimi görüşlər keçirən, onları dinləyən, qayğı və ehtiyacları ilə maraqlanan rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov növbəti dəfə rayonun ağsaqqalları ilə görüşdü, onlarla təmasda oldu. Bu heç də təsadüfi deyil. Həyatın çətinliklərindən keçə-keçə zəngin təcrübə qazanmış belə nurlu insanların ömür yolu bir örnəkdir, nümunədir. Lazım gələndə onlardan da çox şey öyrənmək, görüb-götürmək olar. Rayon rəhbəri də bunlara əsaslanaraq onlarla görüşməyi, ağsaqqalları dinləməyi vacib bildi.Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.Görüşə ictimaiyyət arasında sayılıb seçilən, cəmiyyət arasında nüfuz qazanan ağsaqqallar dəvət olunmuşdular. Görüşü Rafiq Cəlilov açaraq ağsaqqalları daim dinləməyə, onların dəyərli təkliflərini, fikir və mülahizələrini eşitməyə hazır olduğunu bildirdi. Qeyd etdi ki, rayonumuzun ümumi inkişafına, problemlərin aradan qaldırılmasına xidmət edəcək maraqlı, dəyərli təkliflər həmişə diqqətlə nəzərə alınacaq, yeri gəldikcə belə təkliflərdən istifadə olunacaqdır. Rayon ağsaqqallar şurasının sədri Ədalət Əsgərov  söz alaraq Cəlilabadda fəaliyyətə başlaması münasibətilə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovu rayonun bütün ağsaqqalları adından təbrik etdi, gələcək işlərində ona uğurlar dilədi.Rayon ağsaqqalları Ədalət müəllimin təbrikinə ürəkdən qoşulmaqla yanaşı, cəlilabadlıları narahat edən bir sıra məsələlərə, problemlərə toxundular. Rayonda iqtisadiyyatın yenidən qurulması, tikinti-abadlıq işləri, torpaqlardan daha səmərəli istifadə olunması, məktəblərin təmiri, kadr məsələləri və digər məsələlərlə bağlı dəyərli təkliflərini irəli sürdülər.  Dünyagörmüş ağsaqqallarla görüşdən razı qaldığını bildirən RİH başçısı Rafiq Cəlilov qaldırılan məsələlərin, verilən təkliflərin diqqətlə nəzərə alınacağını vurğuladı. Qeyd etdi ki, bir sıra investorlarla aparılan işgüzar danışıqların öz bəhrəsini verməsi gələcək uğurların başlanğıcıdır. Açılacaq yeni iş yerlərində əsasən cəlilabadlıların çalışacağına zəmanət almaq bizim başlıca prinsipimizdir deyən rayon rəhbəri sözünə davam edərək bildirdi ki, ümumi tanışlıq xarakteri daşıyan görüş bununla bitməyəcək, bundan sonra da ardıcıllıqla davam etdiriləcəkdir.Tədbirdə çıxış edən ağsaqqallar əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər