Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov şəhid Tofiq Əmirlinin ev-muzeyinin açılışında iştirak edib

14 oktyabr 2021 | 16:00

14 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi Əmirli Tofiq Şəmsəddin oğlunun vəfatının ildönümü münasibətilə ailə üzvləri ziyarət edilmiş, Göytəpə şəhərində ev-muzeyinin açılışı olmuşdur. Açılışda rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, yaxın qohumları və ictimaiyyət nümayəndələri iştirak edib. Muzeydə Tofiq Əmirlinin həyat və döyüş yoluna işıq saçan fotolar, müxtəlif məlumatlar yerləşdirilib. Ev muzeyinin açılışında iştirak edənlər şəhid Tofiq Əmirli haqqında söhbət açmış, igid döyüşçünün Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, həmçinin Cəlilabadın müharibə iştirakçılarının düşmənə qarşı savaşda göstərdikləri igidliklərdən danışmışlar.
Tofiq Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. Çevik Hərəkat Dəstəsinin giziri olan Tofiq Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Tofiq Əmirli oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Tofiq Əmirli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları və ilə təltif edilmişdir. Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər