Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ildə Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.

21 fevral 2020 | 16:00

Fevralın 21-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş şura iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, rayonda istehsal olunmuş kənd təsərrüfütı və sənaye məhsullarının sərgisi ilə tanış olublar.Toplantıda hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, ötən il Cəlilabad rayonu üçün də uğurlu olub. Keçən il sənayedə ümumi məhsulun həcmi 2003-cü ilə nisbətən 13,3 dəfə artaraq 8,4 milyon manata çatmışdır. Pərakəndə əmtəə dövriyyəsi 502 milyon, pullu xidmət 80,4 milyon, məişət xidməti isə 10,8 milyon  manat olmuşdur. 2018-ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 1,0 faiz, pullu xidmət 0,6 faiz və əhaliyə göstərilən məişət xidməti 0,5 faiz artmışdır.Hesabat ilində əsas kapitala yönəldilən investisiyalar 42,1 milyon manat olmuşdur ki, bu da 2003-cü ilə nisbətən 31,3 dəfə çoxdur. Tikinti-quraşdırma işlərinin həcmi isə 2003-cü illə müqayisədə 32,1 dəfə artaraq 41,0 milyon   manata çatmışdır.Fermerlər 54908 hektar buğda,  5409 hektar arpa, 3824 hektar vələmir, 4205 hektar noxud, 352 hektar mərci, 5000 hektar kartof, 83 hektar şəkər çuğunduru, 220 hektar günəbaxan, 170 hektar qarğıdalı, 427 hektar çiyələk və 361 hektar tərəvəz əkmişlər. Əkin sahələrinə aqrotexniki qaydada qulluq edilmiş, zərərvericilərə və alaq otlarına qarşı vaxtında mübarizə aparılmış, yüksək məhsuldarlığa nail olunmuşdur. Nəticədə, rayon üzrə  203,7 min ton buğda, 15,9 min ton arpa, 10,0 min ton vələmir, 7,2 min ton noxud, 567 ton mərci, 129,5 min ton kartof, 2,2 min ton şəkər çuğunduru, 264 ton günəbaxan, 1064 ton qarğıdalı, 6,2 ton çiyələk, 3,0 min ton tərəvəz, 11,9 min ton meyvə, 16,5 min ton üzüm və 300 ton bostan məhsulları istehsal  edilmişdir. Ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması məqsədilə zəruri tədbirlər görülmüşdür. Bu il rayonda 507 hektar sahədə pambıq əkilmiş, 1310 ton məhsul istehsal edilmişdir. Rayonun 14 kümçüsü isə 697 kiloqram yaş barama istehsal edərək “Şəki ipək” ASC-yə təhvil vermişlər. İl ərzində “Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən  fermerlərə 70 faiz güzəştlə 5120,7 ton gübrə və 10546 litr herbisid satılması məhsul istehsalının artırılmasında mühüm rol oynamışdır. Əkinçiliklə yanaşı heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Hazırda şəxsi təsərrüfatlarda 95,4 min baş qaramal, 119,2 min baş davar və 849,5 min baş quş becərilir. Bu il 10,5 min ton ət, 50,1 min ton süd, 16,2 milyon  ədəd yumurta və 213 ton yun istehsal edilmişdir. Bundan başqa, lizinq yolu ilə rayona 725 baş cins mal-qara gətirilmiş, 2489 baş qaramal süni mayalandırılmış və 2523 baş cins buzov alınmışdır. İl ərzində rayon mənzil istismarı sahəsinin balansında olan 8 çoxmənzilli binanın fasadları, dam örtükləri və giriş hissələri təmir olunmuş, kanalizasiya xətləri yeni sistemə qoşulmuş, 13 küçəyə asfalt döşənmiş, Zərifə Əliyeva küçəsində 1400 metr səki tikilmiş, 40 işıqlandırma dirəyi basdırılmış, Heydər Əliyev prospekti ilə Qurtuluş küçəsinin kəsişməsindəki dairə yenidən qurulmuşdur. Bundan başqa, Ələt-Astara magistral yolundan Cəlilabad şəhərinə girişdə quraşdırılmış ad göstəricisinin ətrafında abadlıq işləri görülmüş, Heydər Əliyev prospektində, Cavadxan, Qurtuluş və Səməd Vurğun küçələrində fərdi yaşayış evlərinə məxsus hasarlar suvanmış, açıq həyətlərə dəmir hasarlar çəkilmişdir. Rayonda “ASAN xidmət” mərkəzinin, xalça fabrikinin, yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün sosial sığınacağın və ixtisaslaşdırılmış reablitasiya mərkəzinin tikintisi üçün müvafiq torpaq sahələri ayrılmışdır. Hazırda “ASAN xidmət” mərkəzinin,  Bölgə təcrübə stansiyası üçün ofis və anbar binalarının tikintisi davam etdirilir. Yeni yaşıllıqların salınması məqsədilə yaz və payız mövsümlərində Cəlilabad-Uzuntəpə və Cəlilabad-Qarazəncir-Bayxanlı avtomobil yolunun ətrafında  20 mindən çox  bəzək ağacı və gül kolları əkilmiş, Cəlilabad-Biləsuvar avtomobil yolunun kənarında tarlaqoruyucu meşə zolaqları salınmış, əvvəlki Ələt-Astara magistral yolunun hər iki tərəfində 5 min ədəd ağcaqayın və göyrüş ağacları əkilmişdir. Hesabat ilində    rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 12305 nəfərə 52,3  milyon manat,Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 40 nəfərə 1 milyon 19 min manat məbləğində kreditin verilməsi də sahibkarlığın inkişafına müsbət təsir göstərmişdir. 5372 yeni iş yeri açılmış, 906 nəfər ictimai işlərə, 695 nəfər isə özünüməşğulluq proqramına cəlb edilmişdir. Avqustun 23-də keçirilən əmək yarmarkasında 21 idarə və müəssisə tərəfindən işaxtaranlara 479 vakant iş yeri təklif olunmuş, onlardan  30-na göndəriş verilmişdir. Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə davamlı tədbirlər görülür. Belə ki, hazırda Heydər Əliyev Fondu tərəfindən Muğan kəndində 500,  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən isə Cəlilabad şəhərinin yeni yaşayış massivində  624 şagird yerlik tam orta məktəblər tikilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən 10 kənddə modul tipli məktəbin tikilməsi nəzərdə tutulmuşdur ki, onlardan da 5-i keçən il istifadəyə verilmişdir, qalanlarının tikintisi isə davam etdirilir. Bundan başqa, Dövlət Proqramına müvafiq olaraq 2023-cü ilədək 15 orta, ümumi və ibtidai  məktəb tikiləcək, Cəlilabad peşə liseyi və 4 tam orta məktəb təmir olunacaq. Həmçinin Dövlət İnvestisiya Proqramı çərçivəsində Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbin əvəzinə 624 şagird yerlik tam orta məktəb üçün yeni bina tikiləcək. Səhiyyə müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müəyyən tədbirlər görülmüş, Günəşli kəndində daxili imkanlar hesabına 10 otaqdan ibarət həkim məntəqəsi tikilmiş və noyabr ayında istifadəyə verilmişdir. Göytəpə şəhərində bu il tikilməsi nəzərdə tutulan yeni xəstəxana binasının inşası üçün 2,0 hektar torpaq sahəsi ayrılmışdır. Qarakazımlı və Xanəgah kəndlərində Yaponiya hökuməti tərəfindən tibb məntəqələrinin tikilməsindən ötrü Yaponiyanın Azərbaycandakı səfirliyi ilə razılıq əldə edilmişdir.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər 2019-cu ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.Şura iclasında müzakirə edilən məsələ ilə bağlı qərar layihəsi qəbul edilib, Prеzidеnt İlhаm Əliyеvə müraciət ünvаnlаnıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər