Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində yaradılmış şəraitlə tanış olub

06 dekabr 2021 | 16:00

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüqiqi Şəxsində olub, mövcud vəziyyətlə maraqlanıb. Xəstəxananın şöbələrində yaradılan şəraitlə yaxından tanış olan icra başçısı xəstəxanada müalicə olunan Qarabağ qazisi Maşallah Əliyevi ziyarət etmiş, onun səhhəti ilə maraqlanmışdır.Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Elnur Azadxanov səhiyyə işçilərinin vətəndaşlara tibbi xidmət göstərmələri və xəstəxanadakı müasir tibbi avadanlıqlar barədə RİH başçısına məlumat verib.Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Rafiq Cəlilov əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər