Cəlilabad rayonunda Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin məşğulluq proqramında nəzərdə tutulmuş işlər barədə müşavirə keçirilmişdir
25 yanvar 2023-cü il tarixində keçirilən müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və Əlaqələndirmə Komitəsinin sədri Nazim Şükürov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Yasər Muradov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Elxan Xudaşlı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Operativ vergi nəzarəti idarəsinin rəisi Rauf İsgəndərov, ƏƏSMN-nin Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq Filialının müdir müavini Nahid Nağıyev, Lənkəran-Astara Regional Məşğulluq Filialının Cəlilabad rayon şöbəsinin baş mütəxəssisi Mətləb Qurbanlı, Cəlilabad Rayon Maliyyə şöbəsinin əməkdaşı Üzeyir Şahbazov, Cəlilabad Rayon Statistika İdarəsinin müdiri Arif Nəcəfov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Cəlilabad rayon Komitəsinin sədri Zabil Əliyev, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və sahibkarlar iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan Nazim Şükürov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini, qeyri-formal məşğulluq səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparıldığını, risk qruplarının müəyyən edildiyini, risk qrupları üzrə qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirlərinin keçirilməsinin vacibliyini bildirimişdir. Nazim Şükürov 2023-cü il üzrə təsdiq edilmiş Cəlilabad rayonunun Ərazi Məşğulluq proqramına əsasən yeni iş yerlərinin açılmasının nəzərdə tutulduğunu qeyd etdi.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Operativ vergi nəzarəti idarəsinin rəisi Rauf İsgəndərov bildirdi ki, qeyri-formal məşğulluq əmək müqaviləsi (kontraktı) və ya mülki-hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, uçota durmadan gəlir əldə edilməsidir. Belə hallar bir tərəfdən işçinin gələcək sosial müdafiə hüquqlarını, pensiya təminatını sual altında qoyur, hətta iş yerində bədbəxt hadisə zamanı xəsarət aldıqda belə, onun köməksiz vəziyyətdə qalmasına səbəb olur, digər tərəfdən isə dövlət büdcəsi daxilolmalarına ciddi ziyan vurduğunu qeyd etmişdir.
ƏƏSMN-nin Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq Filialının müdir müavini Nahid Nağıyev çıxışında qeyri-formal məşğulluq əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, layiqli əməyin dəstəklənməsinə, əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə mane olduğunu və qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında payının getdikcə artması bu məsələyə daha ciddi və operativ yanaşmanı, problemin həllində səmərəli və yeni innovativ yanaşmalara əsaslanan vasitələrin tətbiqini zəruri etdiyini bildirmişdir. Eyni zamanda bu sahədə fəaliyyətin əlaqələndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu və “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə fəaliyyət istiqamətlərinə uyğun olaraq monitorinqlər keçiriləcəyini, aşkar olunmuş qeyri-formal məşğulluq faktları ilə bağlı məsuliyyət tədbirləri görüləcəyini bildirmişdir.
Müşavirənin sonunda Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin üzvləri tərəfindən qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirlərinin keçirilməsi barədə təkliflərin hazırlanaraq Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi Qaydası”na əsasən aidiyyəti orqanlara göndərilməsi qərarı qəbul edilmişdir.