Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Su ehtiyatlarından səmərəli istifadə” ilə bağlı müşavirə keçirilmişdir

11 may 2023 | 18:10

Müşavirədə rayon icra hakimiyyəti başçısının müavini Nazim Şükürov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əkbər Əsgərov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin aparıcı məsləhətçisi İbrahim Nəsibli, Aqrar Təlim Mərkəzi Lənkəran Regional Təlim Mərkəzinin şöbə müdiri Rahim Bağırov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 3 nömrəli regional idarəsinin şöbə müdiri Niyazi Əhədov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu Cəlilabad KOB dostu Sabir Mirzəyev, kənd(şəhər) inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrləri iştirak etmişdir.

Müşavirədə son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sugurluğunun və yağıntıların dövrülüyünün xeyli azalmasından danışılıb. Həmçinin ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artmasının Cəlilabad rayonunda da su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirdiyi bildirilib.

Müşavirədə başçının müavini Nazim Şükürov bildirmişdir ki, rayon ərazisində Cənub-Muğan suvarma kanalı ümumilikdə 352 km-dir. Bunun 265 km hissəsi torpaq kanallarıdır. Suyun torpaq kanalları ilə nəqli zamanı əkin sahələrinə çatdırılması 40-45 % faiz itkiyə səbəb olur. Cəlilabad rayonunun aqrar rayon olduğunu nəzərə alsaq və istifadə olunan suyun həcminin 34 milyon m3  təşkil etdiyini qeyd etsək, itkinin böyük  həcimdə olduğu aşkardır. Məişət və içməli suyun rayon ərazisində istifadəsi həcmi 0,8-1,0 milyon m3 təşkil edir. Göründüyü kimi əsas su həcmi əkin və kənd təsərrüfatılı təyinatlıdır və itkilər  də əsasən bu fəaliyyət istiqamətində baş verir.  Su itkilərinə məruz qalmaması üçün beynəlxalq qabaqcıl təcrübəni, İsrail dövlətinin bu sahədə nailiyyətlərini tətbiq edilməsi müşavirə iştirakçılarının diqqətinə çatdırıldı. Müasir-innovativ suvarma sistemlərinin tətbiqi (pivot, damcı, çiləmə, yağış və s. sistemlər) nəticəsində suyun beton kanallarla, borularla, drenajlarla, müasir hidrotexniki qurğularla, artezian və subartezian quyularla əkin sahələrinə çatdırılması su itkisini minumuma endirəcəyini müşavirə iştirakçılarına bildirmişdir. Qeyd edilmişdir ki, artıq Cəlilabadın Əliqasımlı və Qarazəncir ərazilərində yeraltı su mənbələrindən istifadə edərək müasir suvarma sistemləri tətbiq edilir. Nəticədə kanaldan suvarma ilə əlaqədar asıllıq 20% dərəcəsindədir. Müasir suvarma sistemi tətbiq olunan sahələrdə məhsuldarlıq digər sahələrdən 1,5-1,8 dəfə yüksəkdir. Müşavirə iştirakçılarına bildirirlmişdir ki, əkin sahələrinin suvarılması ilə əlaqədar rayonda Başçının sərəncamı ilə xüsusi qərargah fəaliyyət göstərir. Rayon ərazisində əkin sahələrinin ədalətli prinsiplərlə, növbəlik gözlənilməklə sahələrin ölçülərinə uyğun suvarılması uğurla davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əkbər Əsgərov Azərbaycanda şirin su ehtiyatlarının azaldığını və bunun başlıca səbəbinin qlobal iqlim dəyişikliyi olduğunu deyib. Əkbər Əsgərov qeyd edib ki, su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsünün, uçotunun aparılması istifadəsinə nəzarətin gücləndirilməsi zəruridir. Nazirliyin rəsmisi ölkəmizdə suya qənaət edilməsi istiqamətində görülən işlərdən bəhs edib, gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəsi sudan səmərəli və qənaətlə istifadəyə çağırıb.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov öz çıxışında Cəlilabad rayonunun iri kənd təsərrüfatı rayonlarından biri olduğunu bildirərək əkin sahələrinin suvarılması zamanı sudan qənaətlə istifadə olunmasının (damcı, çiləmə, pivot və.s) və onların müasir dövrdə suyun itkisinin qarşısının alınmasında vacib addımlardan olduğunu müşavirə iştirakçılarına bildirmişdir.

Sonda müşavirədə digər idarə və nüamyəndəliklərin çıxışları dinlənilərək ümümi sudan səmərəli istifadə barədə müzakirə aparılmışdır.

Keçidlər