Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fərid Əhmədovun xatirəsi anılıb

13 fevral 2019 | 16:00

Cəlilabadda şəhid Fərid Əhmədovun doğum günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə şəhidin qısa, lakin gənclərə örnək olan həyat yoluna nəzər salınıb.Cəlilabad şəhər 1 saylı məktəb-litseydə şəhid Fərid Əhmədovun doğum gününə həsr olunan tədbirdə Cəlilabad  Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dürdanə Əliyeva şəhidin şərəfli ömür yolundan söz açıb. Bildirib ki, Fəridin nəsillərə nümunə olan qəhrəmanlıqla dolu ömür yolu Cəlilabaddan başlayıb. Orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, leytenant rütbəsi alaraq tağım komandiri kimi xidmətə başlayıb. Sonra Tərtər rayonunda yerləşən "N" saylı hissədə kəşfiyyat bölüyünün komandiri kimi xidmətini davam etdirib. 2010-cu il sentyabrın 3-dən 4 -nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə Fərid Əhmədov qəhrəmanlıqla həlak olub, prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Mərasimdə çıxış edənlər gənclərin Fərid kimi şəhislərin yolunu davam etdirməyə hazır olduqlarını bildiriblər. Şəhidin anası Nərgiz Əhmədova Fəridlə fəxr etdiklərini söyləyib və göstərilən qayğıya görə prezident İlham əliyevə minnətdarlıq edib. Sonda məktəblilərin ifasında Fərid Əhmədovun qəhrəmanlığından bəhs edəb ədəbi-bədii kompozisiya nümayiş edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər