Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub

26 fevral 2019 | 16:00

Fevralın 26-da Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və ictimaiyyət nümayəndələri Xocalı faciəsi ilə əlaqədar Göytəpə şəhərində məsunlaşmış Xocalı şəhərindən olan məcburi köçkün Zakir Ələkbərovun ailəsini ziyarət etmiş, ailəyə ərzaq yardımı verilmişdir.Məcburi köçkün ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirmişdir .Məcburi köçkün ailəsi ziyarət olunduqdan sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzində  Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir.Tədbirdə  rayon icra hakimiyətinin başçısı Namiq Zeynalov, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etmişdir. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində təşkil edilən “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.Tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra  çıxış edən rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov  27  il öncə fevralın 25-dən 26-na keçən gecə azğın erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə strateji əhəmiyyətə malik Xocalıya hücum etdiklərini və tarixdə misli görünməmiş cinayət törədərək şəhərin dinc, əliyalın sakinlərinə qarşı dəhşətli qəddarlıq nümayiş etdirdiklərini bildirib.N.Zeynalov dünyanın onlarla dövlətində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirildiyini və Azərbaycan xalqının bu vəhşiliyi, soyqırımı heç vaxt unutmayacağını söyləyib. RİH başçısı bildirmişdir ki, hazırda Xocalı qətliamı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi, eləcə də Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü iş aparılır.Sonda Xocalı faciəsinə həsr olunmuş, Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın və qocaların başına gətirilən müsibətlərdən, erməni vəhşiliyindən bəhs edən səhnə əsəri nümayiş etdirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər