Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Novruz bayramına həsr olunmuş tədbir keçirildi

18 mart 2019 | 16:00

18  mart 2019-cu il tarixdə Cəlilabad rayonunda xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri  əks etdirən Novruz bayramı tədbiri keçirildi.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı  Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının,  idarə, müəssisələrin, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri və  kollektivləri, KİV nümayəndələri,  rayon ictimaiyyəti iştirak etdi.Tədbir iştirakçıları əvvəlcə Novruz bayramına həsr olunmuş  sərgiylə tanış oldular.Sərgidə çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edildi.Sonra bayram tonqalı alovlandırıldı.Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar.Bayram şənliyi Dədə Qorqudun və Bahar qızının meydana daxil olması ilə daha da canlandı. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırıldı, idmançılarımız və pəhlivanlarımız öz güclərini sınadılar.Bahar bayramı mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqsləri ilə davam etdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər