Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib

06 dekabr 2019 | 16:00

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Cəlilabad rayonu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval- ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib.Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalovun, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 2500 nəfərədək adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə kompaniyasında 5 mindən çox ağcaqayın və göyrüş ağacları əkilmişdir.Qeyd edək ki, mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər