Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Ulu Öndərin xatirəsi böyük ehtiramla anıldı

12 dekabr 2019 | 16:00

Dekabrın 12-si Azərbaycanın hər yerində olduğu kimi, Cəlilabadda da Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib. Rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər.Heydər Əliyevin Cəlilabadın sosial-iqtisadi inkişafı ilə bağlı əvəzsiz xidmətləri var. O, Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Cəlilabadda səfərdə olub, sakinlərlə görüşərək onları narahat edən problemləri dinləyib və həlli ilə bağlı tapşırıqlarını verib, yeni infrastrukturun yaradılmasını, yaşayış massivlərinin salınmasını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, emal müəssisələrinin tikilməsini birbaşa diqqətində saxlayıb. Bu gün hər bir Cəlilabaddlı qürur hissi keçirir ki, onlar bu diqqət və qayğını Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevdən görürlər. Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamları cəlilabaddlılar sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılayırlar.Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Cəlilabad rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə, müəssisə və təşkilatlarda tədbirlər, mərasimlər keçirilib.Dekabrın 12-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri,Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Göytəpə şəhərində Heydər Əliyev adına park bulvarda və Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbin həyətində Ümummilli Liderin abidəsini ziyarət etmiş və abidənin önünə təzə-tər gül dəstələri qoymuşdur.Tədbirin sonunda Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər