Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda modul tipli yeni məktəb binaları istifadəyə verilib

17 dekabr 2019 | 16:00

Dekabrın 17-də Cəlilabad rayonunun Hacıməmmədli və Türkelli kəndlərində inşa edilmiş modul tipli yeni məktəb binaları istifadəyə verilib.Hacıməmmədli kənd tam orta məktəbi üçün inşa edilmiş 96 və Türkelli kənd ümumi orta məktəbi üçün inşa edilmiş 56 şagird yerlik yeni modul tipli məktəblərdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.Bu münasibətlə hər iki kənddə keçirilən açılış mərasimlərində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov müəllim və şagirdləri yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.Hər iki kəndin sakinləri təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

Keçidlər