Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

30 dekabr 2019 | 16:00

Cəlilabadda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub.  Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 2019-cu ilin xalqımız, o cümlədən cəlilabadlılar üçün uğurlu olduğunu qeyd edən N.Zeynalov yola saldığımız ildə rayonda həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən, qarşıda duran vəzifələrdən danışıb.N.Zeynalov bildirmişdir ki,  31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Həmrəylik gününün dövlət bayramı statusunu alması, dünya azərbaycanlıları birliyinin formalaşdırılaraq bugünkü səviyyəyə çatması üçün ulu öndər Heydər Əliyevə borcluyuq.RİH başçısı vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılarda milli ruhun yüksəlməsi ilə əlaqədar səmərəli və ardıcıl fəaliyyəti ilə, milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına əlverişli şərait yaratmaqla dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.Tədbirdə  il ərzində fəaliyyəti ilə fərqlənən  şəxslərə fəxri fərman verilib.Şaxta baba və Qar qız iştirakçılara Yeni il arzularını çatdırıb, uşaqlarla birgə rəqs ediblər. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaradıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər