Şriftin ölçüsü :

Saytın rəngi :

Qarazəncir kəndində səyyar görüş - qəbul keçirilmişdir

30 yanvar 2020 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Qarazəncir kəndində keçirilib.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Namiq Zeynalov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib. Görüşdə kənd sakinləri kəndaxili yolların təmir edilməsi, Ocaqlı kənd 1 nömrəli tam orta məktəb binasının yenidən inşa edilməsi bağlı köməklik göstərilməsi barədə müraciət etmişlər. Namiq Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.

 

 

 

 

 

Keçidlər