Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Cəlilabad rayon təşkilatı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirmişdir

15 sentyabr 2020 | 16:00

     15 sentyabr  2020-ci il tarixdə YAP Cəlilabad rayon  təşkilatında  rayonun ümumtəhsil  məktəbləri üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş bir qurup məzunlarla onlayn görüş keçirilmişdir.Görüşü YAP rayon təşkilatı Gənclər Birliyinin sədr müavini,  rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Hüseynov açmış, tədbirin məram və məqsədini məzunlara bildirmiş və təbrik üçün sözü YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslıya vermişdir. O,  tədbir iştirakçılarını salamlamış, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərdiklərinə görə məzunları təbrik etmiş, təhsildə, şəxsi həyatda və gələcək fəaliyyətlərində onlara uğurlar arzulamış, ölkə rəhbəri cənab İlham Əliyevin ölkə vətəndaşlarına, xüsusilə gənclərə göstərdiyi diqqət və qayğı barədə məzunlara məlumat vermişdir. O, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitliyin  daha da möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, bütün sahələrdə islahatların davam etdirilməsi, ölkə üzrə infrastrukturun yenilənməsi istiqamətində ardıcıl iş aparılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, hər il çoxsaylı təhsil,səhiyyə, istehsal və digər sahələr üzrə yeni obyektlərin tikilməsi və ya yenidən qurularaq istifadəyə verilməsi, qeyri neft sektorunun inkişafına diqqətin artırılması, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi və digər məsələləri məzunların diqqətinə çatdırmışdır.Məzunlardan Ağdaş kənd tam orta məktəbinin məzunu Rufullayev Qabil Azər oğlu, Uzuntəpə kənd 1 saylı tam orta məktəbinin məzunu Adıyeva Vüsalə Rövşən qızı, Cəlilabad şəhər 8 saylı məktəb-liseyin məzunu Quliyev Kənan Fizuli oğlu  və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını  bildirmiş, gələcək fəaliyyətlərində  dövlətə və dövlətçiliyə sədaqətli olacaqlarını və cənab İlham Əliyevi daim dəstəkləyəcəklərini bildirmişlər.Görüşün sonunda  məzunların mükafatlandırma mərasimi olmuşdur. Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara dəyərli hədiyyə və rayon təşkilatının fəxri fərmanı təqdim olunmuşdur.Tədbirdə həmçinin YAP üzvü olan bir qurup fəal gənclər iştirak etmişlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər