Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov yeni inşa edilən yolun tikintisi ilə tanış olub

20 dekabr 2021 | 16:00

Qeyd edək ki, regionların davamlı inkişafının təmin olunması üçün müasir yol infrastrukturunun yaradılması müstəsna əhəmiyyət daşıyır. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində rayonumuzda kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin yeni avtomobil yolları inşa edilərək əhalinin istifadəsinə verilib. Belə yollardan biridə hazırda tikintisinə başlanan Təklə-Abazallı-Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Məmmədrzalı-Məşədilər-Dostallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı,Şiləvəngə-Adnalı-Bədirli avtomobil yoludur. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təklə-Abazallı-Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Məmmədrzalı-Məşədilər-Dostallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı,Şiləvəngə-Adnalı-Bədirli avtomobil yolunda aparılan tikinti işləri ilə yerində tanış olub. Rafiq Cəlilov işlərin icrasını həyata keçirən şirkət nümayəndələri ilə görüşüb, görülən işlərlə bağlı müzakirələr aparılıb.

 

 

 

 

Keçidlər