Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov qazi ailəsini ziyarət edib

10 yanvar 2022 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyətinin baçısı Rafiq Cəlilov Türkiyə Respublikasında müalicə alan Vətən Müharibəsi qazisi Xanəliyev Elşən Çingiz oğlunun ailəsini ziyarət edərək qazinin yaxınları ilə söhbət edib, onların gündəlik qayğı və problemləri ilə maraqlanıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımızın müalicəsi, cəmiyyətə inteqrasiyası, lazımi tələbatlarının ödənilməsi bütün qurumların əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmət edən edən Elşən Xanəliyev Vətən Müharibəsində Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərində ağır yaralanmışdır. Elşən Xanəliyev  “YAŞAT” Fondu tərəfindən 2021-ci ilin fevral ayından Türkiyə Respublikasına müalicəyə göndərilmişdir, hazırda müalicəsi qardaş ölkədə davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Xanəliyev Elşən Çingiz oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

 

 

 

 

Keçidlər