Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi

26 yanvar 2023 | 17:48

Cəlilabad Rayon İcra Hakimiyyəti yanında yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı namizədlərin irəli sürülməsi və qeydiyyata alınması prosesi başa çatıb.Təqdim olunan sənədlər Cəlilabad Rayon İcra Hakimiyyəti yanında  İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən qiymətləndirilib və aşağıda adları göstərilən namizədlərin müraciətləri qeydə alınıb.

  1. Abdullayev Meyxoş Kamil oğlu - İctimai fəal, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Prezident təqaüdçüsü;
  2. Allahverdiyev Namiq Ulla oğlu - İctimai fəal, sahibkar;
  3. Babayev Nadir Kavı oğlu - “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin Cəlilabad rayon filialının sədri;
  4. Əliyev Rza Əhmədalı oğlu - İctimai fəal, təqaüdçü;
  5. Əsgərov Ədalət Paşa oğlu - Ağsaqqallar şurasının sədri;
  6. 6.Quliyeva Xatirə Xanoğlan qızı - İctimai fəal;
  7. Qarayev Tahir İsmayıl oğlu - İctimai fəal, təqaüdçü;
  8. Həsənov Mirağa Mirağagül - İctimai fəal, sahibkar;
  9. Həsənov Kəramət İltifat oğlu - İctimai fəal, təqaüdçü;
  10. Fərəcov Bəhruz Əhməd oğlu - Cəlilabad rayonu, “Əhmədoğlu” FK rəhbəri;
  11. Məmmədov Yusif Şahin oğlu - İctimai fəal, tələbə;
  12. Muradov Cahangir Əlisahib oğlu - Ağsaqqallar şurasının üzvü;
  13. Hidayətov Mahir Sücayət oğlu - İctimai fəal, Sərdar Sadıqov adına Eçara kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
  14. Xəlilova Xumarə Elşad qızı - Cəlilabad Qadın Resurs Mərkəzinin kordinatoru;
  15. Heydərova Lətifə Qubad qızı - İctimai fəal, təqaüdçü;
  16. Şahmarova Sevda Həbib qızı - Tələbə, tələbə təşkilat rəhbəri;
  17. Fərəcov Vüqar Vaqif oğlu - “Qarabağ Qaziləri” İctimai Birliyinin Cəlilabad filialının sədr müavini

Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin cari ilin fevral ayının 4-də Heydər Əliyev Mərkəzində səhər saat 10:00-dan 15:00-dək keçirilməsi qərara alınıb.

Keçidlər