Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai şura

 

AZƏRBAYCAN RESPUBLİKASI CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİ

SƏRƏNCAM

 

       11 fevral 2025-ci il                                                                                                                                      5-41/3-3-12/2025

                   

                      Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkil edilməsi üçün komissiyanın yaradılması barədə

 “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərini rəhbər tutaraq qərara alıram:

  1. Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkil edilməsi üçün seçki komissiyası yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:
Komissiyanın sədri:

Qalib Xudaverdiyev    - Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Komissiyanın üzvləri:

Məmmədzadə Əliyev - Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri

Varid Əsgərov        - Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Əmrah Quliyev         - Cəlilabad rayon bələdiyyələrlə əlaqələndirmə şurasının sədri

Ədalət Əsgərov        - Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri

Elçin Əliyev              - Qızıl Aypara Cəmiyyətinin rayon komitəsinin sədri

Vüqar Fərəcov          - Qarabağ Qaziləri İctimai Birliyinin Cəlilabad rayon filialının idarə heyətinin üzvü

Sərxoş Mirzəyev       - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Cəlilabad rayon təşkilatının sədri

Nəbi İsgəndərov        - Cəlilabad Rayon Təhsil İşçiləri Azad Həmkarlar Komitəsinin sədri

Seçki komissiyasına tapşırılsın ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (http://celilabad-ih.gov.az), “Yeni gün” qəzetinin rəsmi saytında və digər müvafiq yerlərdə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq məlumatlar yerləşdirilməsini, namizədlərin irəli sürülməsini və qeydiyyatını “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.

Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

      Rafiq Cəlilov

 

 

https://e-qanun.az/framework/26879

https://e-qanun.az/framework/27044

https://e-qanun.az/framework/27803

 

Keçidlər