Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin vaxtı elan edilib

08 aprel 2025 | 12:29

Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya üzvlüklə bağlı namizədlərin irəli sürülməsi və qeydiyyata alınması prosesi başa çatıb.Təqdim olunan sənədlər Cəlilabad Rayon İcra Hakimiyyəti yanında  İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən qiymətləndirilib və aşağıdakı adları göstərilən şəxslərin İctimai Şura  üzvlüyünə namizədliyi qeydə alınmışdır.  

 

  1. Abışov Rafid Dilavər oğlu- İctimai fəal, sahibkar
  2. Duniyev Kamil Əlibala oğlu- Qarabağ Qaziləri İctimai  Birliyinin  Cəlilabad  rayon  filialının idarə heyyətinin  üzvü
  3. Eynullayev Mirsüleyman- Seyidağa oğlu Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin könüllüsü
  4. Əliyev Rza Əhmədalı oğlu- İctimai  fəal, təqaüdçü
  5. Əhmədov Kənan Elşən oğlu- İctimai fəal, tələbə
  6. Əskərov Kərim Faiq oğlu- Sahibkar
  7. Əmənov Ramil Rizvan oğlu- Texno Tədris Mərkəzinin təsisçisi
  8. Əsədova Zeynəb Ziya qızı- İctimai fəal, tələbə
  9. Fərəcov Bəhruz Əhməd oğlu- Cəlilabad rayonu, “Əhmədoğlu” FK rəhbəri
  10. Gözəlov Cəbrayıl Məmmədağa oğlu- Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı    Cəlilabad rayon komitəsinin sədri
  11. Həsənov Kəramət İltifat oğlu- İctimai fəal, təqaüdçü
  12. Hüseynova Aytəkin Rövşən qızı- İctimai fəal, tələbə
  13. Həsənov İlqar Elman oğlu- İctimai fəal
  14. Həsənov Mirağa Mirağagül oğlu- İctimai fəal, sahibkar
  15. Qarayev Tahir İsmayıl oğlu- İctimai fəal, təqaüdçü
  16. Rüstəmli Mələk Şəmsəddin qızı- İctimai fəal, tələbə
  17. Talıbov Ümid Elçin oğlu- Texno Tədris Mərkəzinin müəllimi

 

 

Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin 2025-ci il aprel ayının 12-də Heydər Əliyev Mərkəzində səhər saat 10:00-dan 15:00-dək keçirilməsi qərara alınmışdır.

Keçidlər