Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda əmək yarmarkası keçiriləcək

16 fevral 2023 | 11:58

23 fevral 2023-cü il tarixində Cəlilabad rayonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası keçiriləcəkdir.

İşaxtaran və işsiz şəxslərin 17 müəssisə tərəfindən vakant göstərilən 300 iş yeri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə vətəndaşları 23 fevral 2023-cü il tarixdə saat 11:00-dan 18:00-dək Cəlilabad rayon Heydər Əliyev Mərkəzində  keçiriləcək əmək yarmarkasına dəvət edirik.

Keçidlər