Şriftin ölçüsü :

Saytın rəngi :

17 İyul 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilib

17 iyul 2026 | 12:32

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyev vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə icra hakimiyyətinin inzibati binasında qəbul keçirib.

Qəbulda aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.

Qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən olan sakinlər iştirak edərək müraciətlərini səsləndiriblər.

Qalib Xudaverdiyev tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər məsələlər ilə bağlı isə aidiyyəti qurumların yerli nüamyəndələrinə konkret tapşırıqlar verilmişdir.

Vətəndaşlar əhalinin problemlərinin həlli istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər