Şriftin ölçüsü :

Saytın rəngi :

23 İyun-Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib

23 iyun 2025 | 17:21

Cəlilababad rayonunda Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanları, idarə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül dəstələri qoyaraq öz hörmət və ehtiramlarını ifadə ediblər. 

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edib, dövlət quruculuğu sahəsində aparılan islahatların Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənələri bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür, uğurlu islahatlar aparılır.

Tədbirin sonunda bir qrup dövlət qulluqçularına rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.

Keçidlər