Şriftin ölçüsü :

Saytın rəngi :

28 May-Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilmişdir

27 may 2022 | 18:21

Mayın 27-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində 28 May-Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan xalqının milli varlığının rəmzlərindən biri olan Müstəqillik Günü münasibətilə təbrik nitqi ilə çıxış etmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, 104 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə idi. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdur. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdur. Müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasında rolu misilsizdir, məhz ulu öndərin titanik fəaliyyəti sayəsində respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisinə çevrilmişdir. Qazanılan bütün uğurlar müstəqilliyimizin bəhrəsidir və bu uğurlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi istiqamıtində apardığı siyasət və qlobal proseslərdə oynadığı rol nəticəsində nail olunmuşdur.

YAP Cəlilabad Rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı, Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, əməkdar mədəniyyət işçisi Cahangir Muradov və digər çıxışçılar Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin  Azərbaycan xalqının milli oyanışında oynadığı roldan bəhs etdilər. 

Keçidlər