Cəlilabadda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçirilmişdir
Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər şənbə -bazar olduğu kimi keçirilən kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası bu həftədə davam edir. Ənənəvi olaraq hər həftə iki gün davam edən yarmakanın keçirilməsinin əsas məqsədi , hər bir ailənin büdcəsinə uyğun bazarlıq etməsi, Novruz bayramı ərəfəsində süni qiymət artımının qarşısının alınması və kəndlinin meyvə tərəvəz ,süd məhsullarını, mal-qoyun ətini, bal və digər təsərrüfat məhsullarını bazara birbaşa özünün çıxarmasıdır. Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov satış yarmarkasının gedişatı ilə tanış olduqdan sonra, yarmarkanın fəaliyyətinin daha da genişləndirilməsi, satıcılara hər cür şəraitin yaradılması, yarmarkada süni qiymət artımına yol verilməməsi barədə tapşırıq və tövsiyələrini vermişdir.Bu həftədə 15-ə yaxın yerli istehsal müəssisəsi və şirkət tərəfindən alıcılara bazar qiymətindən 20-30 faiz aşağı ərzaq məhsulları quş əti, müxtəlif çeşiddə un növləri, şirniyyat, yağ, pesok, qənd, yerli istehsalçılar və kəndlilər tərfindən tərəfindən mal əti ,qoyun əti, kartof, soğan, meyvə -tərəvəz məhsulları, diri cücə, yumurta, qoz ,fındıq, bal və.s satışa çıxarılmışdır.Alıcılar yarmarkanın təşkilindən ,həm də qiymətlərin sərfəli olmasından razılıqlarını, istehsalçılar və fermerlər isə belə yarmarkalarda məhsullarını daha rahat satmaq üçün münbit şəraitin yarandığını bildirirlər.Qeyd edək ki, Novruz bayramı ərəfəsində satış yarmarkaları mütəmadi olaraq hər həftənin şənbə -bazar günləri keçiriləcəkdir. İstehlakçılar yarmarkada müxtəlif ərzaq mallarını və kənd təsərrüfatı məhsullarını daha ucuz qiymətlərə əldə edə bilərlər.