Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda ağacəkmə aksiyası keçirilmişdir.

03 mart 2018 | 16:00

       Dövlət başçısının respublikada ekoloji tarazlığın qorunması,  təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməklə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq  03.03.2018-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.  Ulu öndərin müəyyənləşdirdiyi ekoloji siyasət bugün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir. İnsanlar arasaında ekoloji mədəniyyəti ,təbiətə qayğını təbliğ etmək rayon icra hakimiyyəti başçısı Namiq Zeynalovun bu sahəyə uyğun olaraq verdiyi əsas tapşırıqlardan biridir. Bugün Cəlilabad şəhəri Heydər Əliyev prospektində həmçinin digər ərazilərdə 1200 Sərv , 300 Xan çinarı   800 eldar şamı ağacı və 4000 –dən çox qızılgül əkilmişdir. Rayonun ekologiyasını təmiz saxlamaq üçün gələcəkdə də bu cür ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər