Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi.

24 mart 2018 | 16:00

24 mart 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub xatirəsini yad etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov tur aksiyanın əhəmiyyətindən danışdı.Bildiridi ki, Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə respublikamızda “Ölkəmizi tanıyaq” tur aksiyası keçirilir. Bu tur aksiyanın keçirilməsindən məqsəd bu günki gənc nəslin müstəqil ölkəmizi daha yaxından tanıması, onun nadir tarixi-memarlıq abidələri,zəngin və füsunkar təbiəti və florası ilə yaxından tanış olmasıdır. Namiq Zeynalov belə tur-aksiyaların gənc nəslin  vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, şagirdlərin səfər etdikləri bölgələrdə Heydər Əliyev mərkəzlərini, parkları, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini və digər görməli yerləri ziyarət edəcəklərini, bunun isə onların dünyagörüşlərinin artırılmasında mühüm əhəmiyyət  daşıdığını diqqətə çatdırıb.Bu səyahət ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə  Ümumilli lider Heydər Əliyevin milli dövlət  quruculuğu sahəsində gördüyü əzəmətli işlərlə,Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  həyata keçirdiyi  dinamik sosial-iqtisadi inkişafla yaxından tanış olmaq imkanı yaradacaqdır.Rayonumuzu təmsil edən tur-aksiyanın iştirakçılarının bu səyahətdən də zəngin təəssuratlarla  qayıdacaqlarını söyləyən Namiq Zeynalov tur-aksiya iştirakçılarına uğurlu yol arzulamışdır.Tədbirdə şıxış edən tur aksiya iştirakçıları bu aksiyanın onlar üçün böyük əhəmiyyəti olduqların bildirərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə aksiya iştiraçıları adından dərin minnətdarlıqlarını bildirmişlər.Çıxış edən  valideyn və müəllimlər tur aksiyanın məktəblilərin dünya görüşünün formalaşmasında, ölkəmizin  tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənilməsindəki rolundan danışmışlar.

Keçidlər